Modern.az

Madriddə azərbaycanlılar Ermənistan səfirliyi önündə etirazda - FOTOLAR

Madriddə azərbaycanlılar Ermənistan səfirliyi önündə etirazda - FOTOLAR

Diaspor

22 İyul 2020, 13:34

     İspaniyada yaşayan azərbaycanlılar Madrid şəhərində Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriblər.

 

Modern.az xəbər verir ki, iyulun 21-i keçirilən aksiyanın təşəbbüskarı İspaniya Azərbaycanlılar Birliyinin təsisçisi Vahid İmanov və İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaqut Novruzova olub.

Məlumata görə, aksiyada erməni təxribatçıları vətəndaşlarımızı təxribata şövq etməyə çalışıblar. Lakin etirazçılar soyuqqanlıqla düşməni susdura bilib. İspan Polisin təkidi ilə təxribat törədən ermənilər ərazidən uzaqlaşdırılıb.  

 

Aksiyada təşəbbüskarlarla bərabər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Avropa təmsilçisi, şair Səfa Rəşid (Santander şəhəri), Valensia Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimov (Valensia şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlavega şəhərində “Qarabağ” İdman Klubunun yaradıcısı Şamo Eyvazov, eləcə də fəallar - Cəmil Quliyev, Seva Novruzova, Madrid və Barselonadan təhsil alan tələbələr və digər bölgələrdən gələn azərbaycanlılar iştirak ediblər.

Aksiya iştirakçıları yekdilliklə qəbul edilən bəyanatı Ermənistan səfirliyi önündə səsləndirib, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi