Modern.az

Prezident Modern.az-ın rəhbərinə də fəxri ad verdi - SƏRƏNCAM

Prezident Modern.az-ın rəhbərinə də fəxri ad verdi - SƏRƏNCAM

22 İyul 2020, 17:03

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup media nümayəndəsinə fəxri adlar verib.

Modern.az-ın məlumatına görə, fəxri ad alan jurnalistlər sırasında Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı da var.

Ölkə başçısnın sərəncamı ilə Elşad Eyvazlıya “Əməkdar Jurnalist” fəxri adı verilib.

Qeyd edək ki. E.Eyvazlı 1998-ci ildən media sahəsində fəaliyyət göstərir. “Hər gün”, “Azərbaycan XXI əsr”, “Üç nöqtə, “Xəzər” qəzetlərində çalışıb.

Hazırda Modern.az və Azedu.az xəbər portallarının təsisçisidir.

Təbrik edirik...


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır