Modern.az

Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır - Mnatsakanyan

Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır - Mnatsakanyan

Qarabağ

23 İyul 2020, 00:44

Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır.

 

Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan “France 24” kanalına müsahibəsində danışıb. Erməni nazir “Bu qarşıdurmaya Türkiyənin müdaxiləsi ilə bağlı narahatsınızmı” sualına belə cavab verib:

 

“Şübhəsiz, buna laqeyd qala bilmərik. Əlbəttə, buna laqeyd yanaşmaq olmaz. Əlbəttə, bu, narahatlıq mövzusudur”.

 

Xatırladaq ki, Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törədərək hücuma keçib. Nəticədə Azərbaycan ordusunun 12 hərbçisi şəhid olub. Ermənistan tərəfi isə itkiləri barədə məlumatı ictimaiyyətdən gizlədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?