Modern.az

Əfsanəvi ABBA qrupu qayıdır – 27 il sonra

Əfsanəvi ABBA qrupu qayıdır – 27 il sonra

Mədəni̇yyət

23 İyul 2020, 10:33

İsveçin məşhur ABBA qrupu 27 il fasilədən sonra səhnəyə qayıdır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə qrup pərəstişkarlarına 5 yeni mahnısını təqdim edəcək.

 

Bu il yenidən birləşməyi düşünən qrup üzvləri pandemiya və texniki problemlər səbəbindən mahnılarını yalnız gələn il təqdim edəcəklər.

ABBA 1974-cü il “Avrovizion” mahnı müsabiqəsində iştirak etdikdən sonra populyarlıq qazanmışdı. Qrup bir biri ilə evli olan 2 cütlükdən – Byorn Ulveus, Benni Anderson, Aqneta Felkstoq və Anni-Frid Linqstaddan ibarət olub. Sonradan hər 2 cütlük boşanıb.

 

Sonuncu dəfə 1993-cü ildə ABBA qrupunun hitlərindən ibarət albom buraxılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi