Modern.az

Dövlət Vergi Xidmətindən hesabatlarla bağlı XƏBƏRDARLIQ

Dövlət Vergi Xidmətindən hesabatlarla bağlı XƏBƏRDARLIQ

İqtisadiyyat

23 İyul 2020, 11:22

Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Modern.az-a verilən məlumata görə, artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

 

Rəsmi məlumata görə, vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir