Modern.az

Azərbaycan kinosunun Ulduzu vəfat edib - Aktrisanın bacısı qızı Modern.az-a DANIŞDI

Azərbaycan kinosunun Ulduzu vəfat edib - Aktrisanın bacısı qızı Modern.az-a DANIŞDI

23 İyul 2020, 16:02

Tanınmış azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova vəfat edib.

Tamilla Rüstəmova Azərbaycan kino sənətində “Böyük dayaq” filmindən Maya və “Ulduz” filmindən Ulduz obrazları ilə yaddaşlarda qalıb.

Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun qızıdır.

Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra ötən gün yaşadığı Moskva şəhərində 84 yaşında dünyasını dəyişib.

Tamilla Rüstəmovanın vəfatı xəbərini onun bacısı qızı Nərmin xanım Modern.az saytına təsdiqləyib. Bildirib ki, xalası uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi.

“Xalam Moskvada dəfn olunacaq. Pandemiya vəziyyətilə əlaqədar cənazəni Azərbaycana gətirmək mümkün deyil".

Müsahibimiz əməkdaşımızla söhbət əsnasında bildirib ki, Tamilla Rüstəmova Moskvada  yeganə qızı və nəvəsi ilə yaşayırdı. Aktrisanın əri, milliyətcə latış Olgerd Krastınş 2003-cü ildə vəfat edib.

Nərmin xanım onu da bildirib ki, Tamilla Rüstəmovagil iki bacı, iki qardaş olublar.

“Onun hər iki qardaşı rəhmətə gedib. Hazırda Rüstəmovlar ailəsinin yalnız ən kiçik övladı – mənim anam Rəna Rüstəmova həyatdadır”.

Qeyd edək ki, Tamella Rüstəmova 1936-cı ildə dünyaya göz açıb. 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb. Aktrisa ərə gedəndən sonra Rüstəmova-Krastınş soyadı daşıyırdı. Bir müddət sonra onlar Moskva şəhərinə köçüblər.

Onun ən yaddaqalan obrazları “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarıdır.

T.Rüstəmova “Ulduz” və “Böyük dayaq” filmlərindən başqa “Zirvə” və “Axırıncı aşırım” filmində də çəkilib.

Allah rəhmət eləsin…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir