Modern.az

“Yuventus” səfərdə məğlub oldu  

“Yuventus” səfərdə məğlub oldu  

Dünya

24 İyul 2020, 00:43

İtaliya A Seriyasında 35-ci turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turnir cədvəlinin lideri “Yuventus” səfərdə “Udineze” komandasının qonağı olub.

 

Görüş gözlənilmədən “Udineze”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı “Yuventus” matçın 42-ci dəqiqəsində Mateas De Liqtin sayəsində açıb.

 

Fasilədən sonra 52-ci dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətirib. İlija Nestorovski fərqlənib. Oyunun son dəqiqələrində “Udineze” rəqibini əks hücumda yaxalayaraq qələbə topunu vurub. Seko Farfana adını tabloya yazdırıb.

 

Bu qələbə sayəsində “Udineze” xal ehtiyatını 39-a çatdıraraq turnir cədvəlində 15-ci yerə yüksəlib. “Yuventus” isə 80 xalla birinci yerdədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!