Modern.az

Bu ölkədə 1 gündə 60 minə yaxın insan virusa YOLUXDU

Bu ölkədə 1 gündə 60 minə yaxın insan virusa YOLUXDU

24 İyul 2020, 11:43

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 59 961 nəfər yoluxub.

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

 

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 2 287 475 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 311 nəfər ölüb, ölənlərin ümumi sayı 84 082 nəfər təşkil edir.

 

Qeyd edilir ki, hazırkı dövrədək 1 570 237 nəfər koronavirusdan sağalıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür