Modern.az

ABŞ-ın kosmosda məqsədi fəaliyyətimizi etibarsızlaşdırmaqdır - Rusiya

ABŞ-ın kosmosda məqsədi fəaliyyətimizi etibarsızlaşdırmaqdır - Rusiya

Dünya

24 İyul 2020, 22:43

ABŞ və İngiltərənin Rusiyanın kosmosda peyk əleyhinə silah sınadığına dair açıqlaması kosmosdakı fəaliyyətimizi etibarsızlaşdırmaq məqsədi daşıyır.

 

Modern.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

 

"ABŞ və Böyük Britaniya rəsmiləri beynəlxalq ictimaiyyətin diqqətini kosmosdakı real təhdidlərdən başqa istiqamətə çəkmək, özlərinin kosmosa yeni silah yerləşdirmə cəhdlərini haqlı çıxarmaq və bu məqsədlər üçün əlavə büdcə əldə etmək naminə vəziyyəti yenə təhrif etməyə çalışırlar", - nazirliyin açıqlamasında vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?