Modern.az

Hindistanda yağışlar 93 can aldı

Hindistanda yağışlar 93 can aldı

24 İyul 2020, 23:10

Hindistanın Assam ştatında musson yağışlarının törətdiyi fəsadlardan ölənlərin sayı 93-ə çatıb.

 

Modern.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, mayın 22-dən başlayan yağışların əmələ gətirdiyi sel, daşqın və torpaq sürüşməsi ştatda 5,6 milyon sakinin həyatına mənfi təsir edib. Ötən sutka ərzində isə təbii fəlakətdən 4 nəfər ölüb, ştatın 26 rayonunda 2,8 milyon nəfər zərər görüb. Assam ştatının 2634 kəndini sel və daşqın suları basıb, 200 min hektar əkin sahəsində məhsul yararsız hala düşüb. Yağışların törətdiyi torpaq sürüşməsi nəticəsində 26 nəfər ölüb.

 

Hindistanın Mərkəzi Su Komitəsinin məlumatına əsasən, ştatın əsas çaylarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Avtomobil yolları, körpülər, boru xətləri dağılıb. UNESCO-nun dünya irs siyahısına daxil olan Kaziranqa milli parkının ərazisinin 95 faizinin su altında qaldığı bildirilir. Parkdakı nadir heyvanlardan 123-ü tələf olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi