Modern.az

Çikaqoda Xristofor Kolumbun heykəli söküldü

Çikaqoda Xristofor Kolumbun heykəli söküldü

24 İyul 2020, 23:58

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) hakimiyyət orqanları məşhur dəniz səyyahı Xristofor Kolumbun pakda yerləşən abidəsinin sökülməsi barədə qərar qəbul edib.

 

Modern.az “Chicago Tribune” qəzetinə istinadla xəbər verir ki, iyulun 24-nə keçən gecə Xristofor Kolumbun abidəsi ağır texnikanın köməyi ilə postamentdən götürülüb. Hazırda onun hara aparılacağı məlum deyil.

 

Bir müddət öncə şəhər meri Lori Laytfut irqçilik əleyhinə yeni etiraz dalğasından yayınmaq məqsədilə abidənin sökülməsi barədə göstəriş verib. Səyyahın abidəsinin əslən Karib hövzəsindən olan vətəndaşların hisslərini alçaltması iddialar Xristofor Kolumbun ABŞ tarixindəki rolunu mübahisə mövzusuna çevirib.

 

İyulun 17-də Çikaqo şəhərində etiraz aksiyaları zamanı qəzəbli kütlə Xristofor Kolumbun abidəsinə yaxınlaşaraq asayişi qoruyan polisləri daşa basıb. Nəticədə 18 polis əməkdaşı xəsarət alıb və onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Eyni zamanda, iğtişaşlarda iştirak edən 12 nəfər saxlanılıb.

 

Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis zorakılığı nəticəsində həyatını itirməsi ilə bağlı insidentdən sonra ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Etirazlar ABŞ-da vətəndaş müharibəsi zamanı quldarlığın hökm sürdüyü Cənubun general və əsgərlərinin, həmçinin sol fəallar tərəfindən Amerikanın yerli sakinlərinin soyqırımında ittiham olunan səyyah Xristofor Kolumbun heykəllərindən də yan keçməyib. Bir çox abidə hakimiyyət orqanlarının qərarı ilə sökülüb və ya etirazçılar tərəfindən dağıdılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı