Modern.az

Tunisdə xarici işlər naziri istefaya göndərildi

Tunisdə xarici işlər naziri istefaya göndərildi

Dünya

25 İyul 2020, 00:24

Tunisin Baş Naziri İlyas Faxfax ölkənin Xarici İşlər naziri Nuruddin ər-Reyi istefaya göndərib.

 

Modern.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

 

“Prezident Kays Səyidlə məsləhətləşmədən sonra Baş Nazir XİN rəhbəri Nuruddin ər-Reyi vəzifəsindən kənarlaşdırmaq qərarına gəldi”, - “RİA Novosti”nin aldığı pres-relizdə deyilir. İşdən çıxarılmanın səbəbləri dəqiqləşdirilmir.

 

Nazirin vəzifələrini müvəqqəti olaraq Səlma Neyfar icra edəcək.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı