Modern.az

ABŞ koronavirusa qarşı ən uğurlu dərmanın 90% ehtiyatlarını SATIN ALIB               

ABŞ koronavirusa qarşı ən uğurlu dərmanın 90% ehtiyatlarını SATIN ALIB               

Dünya

25 İyul 2020, 12:39

ABŞ dünyada koronavirusa qarşı effektiv dərman sayılan remdesivirin 90% ehtiyatlarını satın alıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp təsdiqləyib.

“Mənim administrasiyam koronavirusa qarşı effektiv olan remdesivir dərmanının 90%-lik dünya ehtiyatlarını əldə edib”.

 

Kaliforniyada yerləşən “Gilead Sciences” bioşirkətinin hazırladığı dərmanın 500 min dozu Ağ Ev administrasiyası tərəfindən alınıb. Bu şirkətin istehsal etdiyi dərman həcminin 90%-idir. Nəticədə, xarici ölkələrin şirkətdən remdesivir alması xeyli çətinləşib.

 

Ebola virusuna qarşı hazırlanmış dərman klinik sınaqlar zamanı koronavirusa qarşı effektiv olduğu, virusun çoxalmasının qarşısını uğurla aldığı sübut olunmuşdu.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır