Modern.az

Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Dünya

25 İyul 2020, 21:59

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 7143 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 313 nəfər reanimasiyada, 76 nəfər isə süni tənəffüs cihazındadır.

 

Ümumilikdə 29 633 nəfər virusa yoluxub, 22 082 nəfər sağalıb.

 

Qeyd olunub ki, bu gün 8433 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 676 252 test aparılıb.

 

Qeyd edək ki, bu gün 321 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 535 nəfər sağalıb.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür