Modern.az

Rusiyada koronavirus peyvəndi könüllü olacaq

Rusiyada koronavirus peyvəndi könüllü olacaq

Dünya

26 İyul 2020, 00:08

Rusiyada koronavirus peyvəndi könüllü olacaq.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

 

“Peyvənd könüllü olacaq, ancaq biz əhalinin marağının böyük olduğunu görürürk. Biz peyvəndi mərhələli şəkildə, əvvəlcədən qərar verilən qruplara – tibb işçilərinə tətbiq etməyi nəzərdə tuturuq”, - deyə nazir bildirib.

 

Muraşko əlavə edib ki, hazırda Qamaley mərkəzinin hazırladığı peyvəndin sınaq mərhələsi başa çatdırılır. “Vektor” mərkəzi onun kliniki təcrübədən keçirilməsi üçün icazə alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü