Yəmənin Hudeydə şəhərinə yağan şiddətli yağışlar güclü selə səbəb olub.
Modern.az xəbər verir ki, Hudeydənin Əz-Zəhra, Əl-Kavanis və Əl-Luhayyə rayonlarında sel fəlakəti nəticəsində 13 nəfər həyatını itirib. Təbii fəlakət zamanı 50 bina yerlə-yeksan olub, onlarla binaya ziyan dəyib.
Bundan başqa, yüzlərlə mal-qara tələf olub.