Modern.az

\"Ermənistanın narahatılğını başa düşürük...” - Mehmet Tütünçü

\

26 İyul 2020, 10:26

Ermənistanın təxribatçı hərəkətlərinə görə cəzalandırılmalıdır.

 

Modern.az xəbər verir ki, bunu İraq Türkman Cəbhəsinin Türkiyə üzrə təmsilçisi Mehmet Tütünçü deyib.

“Dağlıq Qarabağ münaqişəsində İraq Türkman Cəbhəsinin mövqeyi aydındır. Azərbaycanlı soydaşlarımızın və qardaşlarımızın sonuna qədər yanındayıq. Azərbaycan hökumətinin Ermənistanın hücumları qarşısında ortaya qoyduğu mövqe təqdirə layiqdir. Artıq heç kim türk dünyasının və Azərbaycanın səbrini sınamamalıdır. Bunu burdan bəyan edirik: Ermənistan təxribatçı hərəkətlərinə görə cəzalandırılmalıdır”, - M.Tütünçü bildirib.

 

O qeyd edib ki, Ermənistanın Azərbaycanla döyüşlərdə Türkiyənin müdaxilə ehtimalından narahat olmasını anlayışla qarşılayır:

 

“Ermənistan narahat olmaqda haqlıdır. Çünki Türkiyə bölgədə güclü dövlətdir. Buna görə də Ermənistanın narahatılğını başa düşürük”.

 

M.Tütünçü vurğulayıb ki, yenə kimlərsə Ermənistan üzərindən Azərbaycan və Türkiyəyə mesaj verməyə çalışır:

 

“Ermənistan ağlını başına toplamalıdır. Davamlı olaraq Rusiyanın dəstəyini alaraq və ya digər regional qüvvələrin sifarişi ilə təcavüzkar əməllərdən əl çəkməlidir. Ermənistan onsuz da öz daxilində əriməkdə olan ölkədir. Həm siyasi, həm iqtisadi, həm də sosial sahədə bir çox problemləri var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir