Dünən Birləşmiş Ştatlarda 65 min 490 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Modern.az "CNN"ə istinadla bildirir ki, bununla bağlı Con Hopkins Universiteti məlumat yayıb.
Beləliklə, COVİD-19 infeksiyasına yoluxanların sayı 4 milyon 178 min 730 -ə çatıb.
Ötən sutka ABŞ-da koronavirusa yoluxan 900 nəfər ölüb. Beləliklə, ölkədə COVİD-19 infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 146 min nəfəri ötüb.