Modern.az

Dünyada koronavirusdan ölənlərin sayı 650 min nəfəri ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 650 min nəfəri ötdü

Dünya

26 İyul 2020, 21:34

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 650 min nəfəri ötüb.

 

Modern.az  pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 25-də dünya üzrə koronavirusa 257 min 789 nəfər yoluxub, 5 min 689 nəfər həyatını itirib.

 

Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 16 milyon 305 min 184 yoluxma və 650 min 117 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 9 milyon 967 min 860 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 687 min 207 xəstədən 66 min 237-nin vəziyyəti ağır qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı