Modern.az

İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümü başa çatdı

İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümü başa çatdı

Dünya

26 İyul 2020, 22:04

İyulun 26-da futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümünün sonuncu turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, çempionluğu vaxtından əvvəl təmin etmiş “Liverpul” səfərdə “Nyukasl Yunayted” komandası ilə qarşılaşıb. Oyun çempionun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Son turun ən maraqlı qarşılaşması “King Pover” stadionunda oynanılıb. “Lester Siti” öz meydanında “Mançester Yunayted” komandasını qəbul edib. UEFA Çempionlar Liqasına sonuncu vəsiqənin taleyinin həll olunduğu matçda Mançester təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

 

 

Beləliklə, İngiltərəni UEFA Çempionlar Liqasında “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, UEFA Avropa Liqasında isə “Lester Siti”, “Volverhemton” və “Tottenhem” komandaları təmsil edəcək.

 

Premyer Liqanı “Norviç Siti”, “Vatford” və “Bormunt” klubları tərk edir. Onları ikinci divizionundan “Lids Yunayted” və “Vest Bronviç” əvəzləyəcək. Digər bir vəsiqə uğrunda mübarizə isə davam edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir