Modern.az

Bu xəstəlik koronavirusdan ölüm riskini 12 dəfə artırır

Bu xəstəlik koronavirusdan ölüm riskini 12 dəfə artırır

27 İyul 2020, 09:25

Koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən insanlarda virusa görə ağırlaşma halları digər pasinetlərlə müqayisədə 6 dəfə çox olur.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diabetli xəstələr COVID-19-dan 12 dəfə çox ölür.

 

Araşdırmanı ABŞ-ın Kaliforniya Universitetinin alimləri aparıblar. Koronavirus ağır keçirən xəstələr arasında şəkərli diabetdən əziyyət çəkənlər 2-ci pillədə qərarlaşıb. İlk yeri ürək-damar xəstəlikləri tutur.

 

Kaliforniya Universitetinin professoru Prakaş Didvani şəkərli diabet xəstələrinin immun sisteminin çox zəiflədiyini və tez-tez qanda şəkərin miqdarını yoxlamalı olduqlarını xatırladıb. O, diabetli xəstələrin aktiv həyat tərzi sürmələrini və yaxşı yatmalarını da məsləhər görüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi