Modern.az

Azərbaycanın ən gənc nazirini birgə tanıyaq - DOSYE

Azərbaycanın ən gənc nazirini birgə tanıyaq - DOSYE

Təhsil

27 İyul 2020, 13:45

Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin olundu.

Modern.az xəbər verir ki, 1982-ci ildə anadan olmuş Emin Əmrullayev hazırda ölkənin ən gənc naziridir. Bu təyinata qədər Nazirlər Kabinetinin strukturunda ən gənc şəxs Dövlət Miqrasiya Xidmətinin rəisi, 1980-ci il təvəllüdlü Vüsal Hüseynov idi. 

 

38 yaşlı Emin Əmrullayevin uzun illərdir Təhsil Nazirliyindəı çalışdığı və təcrübəli kadr olduğu bildirilir. O 2007-2015-ci illər "Xaricdə Təhsil üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın məşhur Kolumbiya Universitetində magistr təhsili alıb.



Emin Əmrullayev son təyinatına qədər, Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri, sonradan Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun direktoru olub. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür