Modern.az

"Türklərin inancı ilə bağlı dini kitab yazıram" - Rüstəm Behrudi

Ədəbi̇yyat

27 İyul 2020, 21:30

"Hazırda türklərin inanclar sistemi, dini dünya görüşü, şamanizmlə bağlı dini motivli kitab yazıram. Yazıb bitirdikdən dərhal sonra bu kitabı çap etdirməyi düşünürəm".

 

Bunu Modern.az-a açıqlamasında Türk dünyasının tanınmış şairlərindən olan Rüstəm Behrudi deyib. O bildirib ki, yaxın vaxtlarda ingilis dilində yeni kitabı da nəşr ediləcək:

 

"Payız aylarına doğru kitabın işıq üzü görməsi gözlənilir. Bundan başqa "Ötükən" nəşriyyatı ilə müqavilə bağlamışam. Təklif onlardan gəlib. Türkiyə türkcəsində seçilmiş əsərlərim çap olunacaq. Bir də balaca bir şeirlər kitabı buraxdırmaq istəyirəm. Özüm özümə öz kitabımı hədiyyə etməyi düşünürəm". 

 

Tural Turan 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi