Modern.az

Bu klub danışılmış oyunlara görə cəzalandırıldı

Bu klub danışılmış oyunlara görə cəzalandırıldı

Dünya

27 İyul 2020, 22:35

Polşa Futbol İttifaqı “Krakoviya” klubunu cəzalandırıb. 

 

Modern.az-ın məlumatına görə, komanda gələn mövsümə -5 xalla başlayacaq.

 

“Krakoviya” həm də 1 milyon zlot (təxminən 227 min avro) cərimə də ödəyəcək. Bu cəzaya səbəb 2003/04 mövsümündəki korrupsiya hallarının yaşanmasıdır.

 

Klub ikinci liqada çıxış etdiyi həmin mövsüm danışılmış oyunlarda iştirak edib. Ötən mövsüm tarixində ilk dəfə Polşa kubokunu qazanan “Krakoviya” ölkə çempionatında 7-ci yeri tutub. (Apasport)

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı