Modern.az

Azərbaycanda 287,5 min nəfərə Prezidentin aylıq təqaüdü verilir

Azərbaycanda 287,5 min nəfərə Prezidentin aylıq təqaüdü verilir

28 İyul 2020, 12:36

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.


Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.


Əmək və Əhalinin Sosial Nazirliyindən Modern.az-a bildirilib ki, hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib.


Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla  475 mln. manat vəsait ödənilib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır