Modern.az

Qazaxıstanda daha 208 nəfər koronavirusdan öldü

Qazaxıstanda daha 208 nəfər koronavirusdan öldü

28 İyul 2020, 21:00

Qazaxıstanda ötən həftə ərzində koronavirusdan ölənlərin sayı 208 nəfər artıb. Nəticədə COVID-19 qurbanlarının ümumi sayı 793-ə yüksəlib.

 

Modern.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

İyulun 20-nə kimi Qazaxıstanda koronavirusdan 585 ölüm halı qeydə alınmışdı. Səhiyyə Nazirliyi COVID-19-dan ölüm nəticələrinə dair həftəlik statistika yeniləməsini tətbiq edir.

 

Qazaxıstanda koronavirusa yoluxanların sayı 84 mindən çoxdur, 54 mindən çox insan sağalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı