Modern.az

Türkiyədə koronavirusdan daha 15 nəfər öldü

Türkiyədə koronavirusdan daha 15 nəfər öldü

Dünya

28 İyul 2020, 21:59

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

 

Nazir bildirib ki, son 24 saatda 47 412 şübhəli koronavirus testindən keçib, onlardan 963-nün cavabı pozitiv çıxıb, bu gün daha 1092 xəstə sağalıb.

 

Türkiyədə indiyədək 227 982 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5645 nəfər ölüb, 211 561 nəfər müalicə olunaraq evə buraxılıb. 

 

Nazir bildirib ki, son bir ay ərzində ölüm sayı ilk dəfə 15-dək enib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi