Modern.az

Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı

Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı

Dünya

29 İyul 2020, 20:00

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.

 

Modern.az "TASS"a istinadən bildirir ki, dövlət başçısının epidemioloji vəziyyətin sabitləşdirilməsi məsələlərinə dair keçirdiyi bugünkü müşavirənin yekunları ilə bağlı yayılan rəsmi məlumatda belə deyilir.

 

Ölkə başçısı iyul ayında tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müsbət təsirini daha da gücləndirmək məqsədilə həmsərhəd ölkələrdə epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq, karantin tədbirlərini iki həftə müddətinə uzatmaq və sonra mərhələli şəkildə yumşaldılması ilə bağlı göstəriş verib.

 

Qeyd edək ki, Qazaxıstanda ötən gün 1544 nəfərdə koronavirusa yoluxma aşkarlanıb və ümumi say 86 min 192-yə çatıb. Sağalan xəstələrin sayı 54,4 mindən çoxdur. Ölkədə koronavirusdan 793 nəfər həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər