Modern.az

Azərbaycanlı deputat İstanbula şeir yazdı

Azərbaycanlı deputat İstanbula şeir yazdı

6 İyun 2012, 16:08

Azərbaycan Milli Məclisinin üzvü Məlahət İbrahimqızı özünün İstanbul səfərinin ardından bu şəhər haqqında şeir yazıb. Modern.az-ın məlumatına görə,  M.İbrahimqızı şeiri Türkiyənin tanınmış reportyor və yazıçı Mənəkşə Tokaya yazdığı məktuba əlavə edib. Deputat bildirib ki, Beynəlxalq Konfrans və Tədbirlər Asossiasiyasının İstanbulu 9-cu Dünya konfrans şəhəri elan etməsi xəbərindən çox məmnun qalaraq, bu şeiri qələmə alıb.

“İstanbul haqqında söz deməklə bitməz. Onun gözəlliyi, əzaməti, tarixi, dünyanın geosiyasi xəritəsindəki əhəmiyyəti və rolu-bu barədə yüzlərlə elmi-siyasi təhlillər yazılsa yenə də yetməz.

Bu mənada belə gözəl xəbəri Azərbaycan mətbuatında da bir daha bildirmək istərdim və İstanbul haqqında yazdığım bir şerlə sizi və İstanbul sevdalıları təbrik edirəm.

Dünyaya sevgi dolu qucaq acan Bakımızın qardaşı İstanbulumuzu, Bir Millətin İkinci dövlətini, Türkiyəmizi və onları sevənləri təbrik edirəm”-deyə M.İbrahimqızı məktubunda qeyd edib.

Modern.az deputatın şeirini təqdim edir:

İstanbul nəğməsi

Mədəniyyətlər mərkəzisən,
Möhtəşəmsən, əzəmətsən,
Qəhrəmanım,  comərdimsən,
Nazlı gözəl  İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Doğu Batı, Batı Doğu Vətənisən,
Yaradanın insanlığa mujdəsisən,
Türk elinin arxası Sən, dayağı Sən,
Qürurlusan, qeyrət  rəmzi  İstanbulum,

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Bayrağımın ulduzu Sən, Ayı Sən,
İstiqlalın nəğmə dolu məşəlisən,
Kutsallığın havası Sən, suyu Sən,
Sən ozgürlük beşiyisən, İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Sən ruhumun qaynağısan,
İnancların torpağı Sən, məkanı Sən,
Övliyalar elçisinin səması Sən,
Əbədiyyət məbədimsən, İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!  

Dünyamıza sevgi dolu qucaq Sən,
Çarəsizin ümidi Sən, güvənci Sən,
Savaşlara barış Sən, çözüm Sən,
Sən cağdaşlıq timsalısan, İstanbulum.

Nə qədər sevsək yetməz!
Nə qədər söz desək bitməz!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi