Modern.az

“Trabzonspor” 9-cu dəfə Türkiyə kubokunu qazandı

“Trabzonspor” 9-cu dəfə Türkiyə kubokunu qazandı

30 İyul 2020, 00:49

Türkiyə kubokunda 2019/20 mövsümünə yekun vurulub.

 

Modern.az-ın məlumatına görə, final oyunu İstanbuldakı Atatürk Olimpiya stadionunda baş tutub.

 

Həlledici matçda “Trabzonspor” “Alanyaspor”la üz-üzə gəlib. Tarixində ilk dəfə kubokun finalına yüksələn sonuncular titullu rəqibi ilə bacarmayıblar.

 

Hər hissədə 1 qol vuran Trabzon klubu 15-ci dəfə yüksəldiyi finalda 9-cu dəfə mükafata yiyələnib. Sonuncu dəfə 2010-cu ildə bu uğura imza atan komanda kubok sayında “Beşiktaş”a çatıb.

 

Türkiyə kuboku
Final
29 iyul
“Trabzonspor” – “Alanyaspor” – 2:0

Omur, 25, Sorlot, 90+10

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi