Modern.az

Əfqanıstan hakimiyyəti “Taliban”ın 4600 üzvünü həbsxanadan buraxdı

Əfqanıstan hakimiyyəti “Taliban”ın 4600 üzvünü həbsxanadan buraxdı

30 İyul 2020, 20:45

Əfqanıstanın ikinci vitse-prezidenti Məhəmməd Sərvər Daniş hakimiyyətin “Taliban” hərəkatının həbsdə olan 5 min üzvündən 4600-nü azad etdiyini deyib.

 

Modern.az 1 TV News telekanalına istinadla xəbər verir ki, “Taliban” hərəkatı isə öz növbəsində iyulun 30-u axşam saatlarına qədər 79 hərbçini azadlığa buraxaraq əsirlərin azad edilməsi prosesini yekunlaşdırmaq niyyətindədir. Bununla da taliblərin azad etdiyi hərbçilərin sayı 1002 nəfərə çatacaq.

 

Qeyd edək ki, fevral ayının 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad edilməli idi.

 

“Taliban” hərəkatı Kabili tərəflər arasında danışıqların başlanması üçün əsirlərin azad edilməsi prosesini tez bir zamanda yekunlaşdırmağa çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır