Modern.az

Lisey üzrə digər meyarlar müəyyənləşdi

Lisey üzrə digər meyarlar müəyyənləşdi

30 İyul 2020, 20:51

Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir . 

 

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb .

 

Lisey üzrə digər meyarlar aşağıdakılardır: 

 

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili; 

 

-müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

 

-istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

 

-fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

 

-istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması; 

 

-ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

 

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər