Ermənistanın müdafiə naziri David Tonoyan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.
Dünəndən başlayan qanunsuz səfər bu gün başa çatacaq.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan Qarabağdakı separatçı rejimin “müdafiə naziri”, general-mayor Cəlal Arutyunyanla görüşüb.
David Tonoyan Cəlal Arutyunyanın müşayiəti ilə bir sıra hərbi hissələrdə və ayrı-ayrı bölmələrdə olub.
Erməni jurnalistlərin sualını cavablandıran Tonoyan, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin sərt ritorikasını xatırladaraq, öz növbəsində hədə-qorxu gəlib. Bildirib ki, Ermənistan ordusu da döyüş əmri gözləyir.