Modern.az

Alan Parker öldü

Alan Parker öldü

Dünya

1 Avqust 2020, 00:39

Böyük Britaniya rejissoru Alan Parker 76 yaşında vəfat edib.

 

Modern.az bildirir ki, bu barədə “Variety” nəşri xəbər verib.

 

Qeyd edilir ki, onun ölümünə səbəb uzun sürən xəstəlik olub.

 

Parkerin rejissorluq karyerası 60-cı illərin sonlarında başlayıb. Rejissorun ən məşhur işləri arasında “Gecəyarısı ekspresi” və “Missisipi yanır” dramları var. Hər iki filminə görə Parker “Oskar”a namizəd olmuşdu. Parker dörd dəfə “BAFTA” mükafatına layiq görülüb.

 

Parker, həmçinin Böyük Britaniya Rejissorlar Gildiyasının sədri idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir