Modern.az

Ekspertlər karantin rejimindən imtina edən İsveçin qərarını ALQIŞLADI

Ekspertlər karantin rejimindən imtina edən İsveçin qərarını ALQIŞLADI

Dünya

4 Avqust 2020, 10:22

Koronavirus pandemiyası ilə bağlı karantin rejimindən tam imtina edən İsveçin addımı iqtisadçılar tərəfindən alqışlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fevral-may ayları ərzində sərt karantin rejiminin tətbiq olunmadığı ölkədə iqtisadi göstəricilər digər ölkələrlə müqayisədə daha az geriləyib.

 

Belə ki, İsveç iqtisadiyyatı 2-ci rübdə 7% geriləsə də, bu sərt karantin rejimini tətbiq edən digər Avropa ölkələri, həmçinin, ABŞ-dan daha az geriləmədir.

 

“İsveç iqtisadiyyatının zərər çəkmədiyini demək olmaz, amma avro zonada bəzi ölkələr 30% geriləmə nümayiş etdirib”-deyə Capital Economics-in eksperti Devid Oksli deyib.

 

 

Digər tərəfdən, karantindən imtina etdiyi üçün İsveçdə virusdan ölüm faizi dünyada ən yüksəsk göstəricilərdsən biri olub. Bu ölkədə ölüm faizi Danimarkadan 5 dəfə, Finlandiya və Norveçdən isəı 10 dəfə çoxdur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu