Modern.az

Maliyyə naziri: İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır

Maliyyə naziri: İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır

İqtisadiyyat

4 Avqust 2020, 15:58

Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb. COVID-19 virusunun dünya və ölkə iqtisadiyyatlarına vurduğu ziyanın miqyası çox böyükdür. Pandemiyanın vurduğu zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac duyulur.

Modern.az xəbər verir ki, bu fikirləri Maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında deyib.

Nazir bildirib ki, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri proqnozlaşdırılandan da yaxşı səviyyədə yerinə yetirilib.

“Qeyd olunmalıdır ki, birinci yarım ildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarım ildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır”, - deyə Samir Şərifov vurğulayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir