Modern.az

Beyrut xəstəxanaları yaralılarla doldu: ölü sayı 30-a çatdı

Beyrut xəstəxanaları yaralılarla doldu: ölü sayı 30-a çatdı

Aktual

4 Avqust 2020, 23:13

Livanın paytaxtı Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda insidentin səbəbləri dəqiqləşdirilir. Ehtimallar arasında terror aktı da araşdırılır.

Partlayış zamanı yüzlərlə insanın yaralandığı bildirilir. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.


Qeyd edək ki, partlayışdan sonra bir çox ölkələr (ABŞ, İsrail, Rusiya, Qətər və b.) Livana humanitar yardım göndərməyi təklif edib.

 

22:51

 

Güclü partlayışın baş verdiyi Livanın paytaxtı Beyrutun xəstəxanaları yaralılarla dolub.

Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, xəstəxanalarda yerlərin çatışmazlığı səbəbindən yaralılar Beyrut ətrafındakı tibb müəssisələrinə göndərilirlər.

Qeyd edək ki, bir qədər əvvəl Beyrutda güclü partlayış olub. Son məlumata görə, hadisə zamanı azı 12 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir