Modern.az

“Palmali”nin gəmisi də partlayış zamanı limanda  olub

“Palmali”nin gəmisi də partlayış zamanı limanda  olub

4 Avqust 2020, 23:24

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış zamanı Beyrut limanında "Palmali Holding"ə  məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.


Bu barədə Modern.az-a şirkət rəsmisi Fidan Quliyeva məlumat verib.


F.Quliyeva bildirib ki, “Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur:

"Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı