Modern.az

Azərbaycanda çimərliklər AÇILDI

Azərbaycanda çimərliklər AÇILDI

Aktual

5 Avqust 2020, 08:57

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində bu gündən ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib.

Modern.az xəbər verir ki, çimərliklərə getmək istəyənlər aşağıdakı qaydalara əməl etməlidirlər:

  1. Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;  
  2. Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək; 
  3. İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək; 
  4. Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək; 
  5. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;  
  6. Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
  7. Çimərlik ərazisində  qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək,  tullantıları xüsusi ayrılmış qutulara atmaq; 
  8. Qadağan olunmuş ərazilərdən istifadə etməmək; 
  9. Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
  10. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü