Modern.az

Beyrutda fövqəladə vəziyyət elan edildi

Beyrutda fövqəladə vəziyyət elan edildi

5 Avqust 2020, 09:45

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışla bağlı 2 həftəlik fövqəladə vəziyyət elan edilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezident Mişel Avnın təklifilə keçirilən görüşdən sonra Müdafiə Şurası 18 avqusta qədər Beyrutda fövqəladə hal elan edildiyini açıqlayıb.

Şura, eyni zamanda Beyrutda təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili təhlükəsizlik qüvvələrinin, gömrük orqanlarının, limanlar və aeroportların, mühafizə və yanğınsöndürənlərin ordunun nəzarəti altına verilməsi barədə qərar çıxarıb.

 

Son məlumata görə, partlayış nəticəsində ölənlərin sayının 80 nəfərə yaxın olduğu bildirilir. Yaralıların sayı isə 4 mini keçib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir