Modern.az

Beyrutdakı partlayış erməni diasporuna ciddi ziyan vurub - FOTOLAR

Beyrutdakı partlayış erməni diasporuna ciddi ziyan vurub - FOTOLAR

5 Avqust 2020, 10:45

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış ciddi dağıntılara və insan itkilərinə səbəb olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış şəhərin erməni məhəlləsində də ciddi dağıntılar törədib.

Belə ki, erməni məhəlləsi partlayışın episenrtindən 1 kilometr məsafədə yerləşib. “Kataib” partiyasının erməni əsilli sədri Nizar Nacaryanın öldüyü məlum olub.

 

Bundan başqa, Burc-Hammud məhlləsində erməni kilsələrinin, ticarət obyektlərinin, Ermənistan səfirliyinin və s. ciddi zərər gördüyü, xeyli sayda yaralanın olduğu da məlumdur.

 

Şəhərdə 100 minə yaxın erməninin yaşadığı məlumdur. Xatırladaq ki, Beyrut erməni diasporunun mərkəzlərindən biri sayılır. ASALA terror təşkilatı məhz Beyrutda yaranmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir