Modern.az

Ermənistanda virusa yoluxanların sayı 40 minə yaxınlaşır

Ermənistanda virusa yoluxanların sayı 40 minə yaxınlaşır

5 Avqust 2020, 11:07

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 288 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 7 968 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır