Modern.az

Samir Şərifov: “Apreldən ümumi daxili məhsul azalmağa başlayıb

Samir Şərifov: “Apreldən ümumi daxili məhsul azalmağa başlayıb”

İqtisadiyyat

5 Avqust 2020, 11:47

“Koronavirus pandemiyası böhran yönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak tələbinin azalmasıdır”.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edərkən deyib.

Samir Şərifovun sözlərinə görə, bu ilin 6 ayının yekununda Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub:

“Büdcədə 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib, icra prosesində hər hansı geriləmə olmayıb”.

Nazir həmçinin bildirib ki, aprel ayından başlayaraq ölkənin ümumi daxili məhsulu (ÜDM) azalmağa başlayıb: “Gözlənilən odur ki, azalma göstəricisi bir qədər də artacaq". 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir