Modern.az

Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb

Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb

5 Avqust 2020, 12:33

Hollandiyada bir həftə ərzində yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının 95 faiz artdığı bildirilir.

Modern.az xəbər verir ki, Hollandiya Səhiyyə Nazirliyinin Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) tərəfindən yayımlanan həftəlik məlumatlara görə, 29 iyul-4 avqust tarixlərində ölkədə 2 min 588 yeni yoluxma aşkar edilib.

 

COVID-19-a gündə orta hesabla 370 nəfərdə aşkar edilsə də, yoluxma sayı 95 faiz artıb. Ümumilikdə isə Hollandiyada virusa yoluxma  sayı 55 min 955-ə yüksəlib, ölənlərin sayı 6 min 150-ə çatıb

RIVM-dən edilən yazılı açıqlamada COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayının keçən həftə 23, bu həftə isə 44 nəfər artdığı ifadə edilib.

 

Qeyd edək ki, son zamanlarda yoluxma halların sayının ən çox artması Amsterdam və Rotterdamdakı ticarət mərkəzlərində müşahidə olunub.  Belə qapalı məkanlarda avqustun 5-dən etibarən maska taxmaq məcburiyyəti olacaq.

 

Nargilə HƏSƏN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər