Modern.az

Putindən Azərbaycana mesaj: “Xəzərin hüquqi statusu hələ ki, tam həll edilməyib”

Putindən Azərbaycana mesaj: “Xəzərin hüquqi statusu hələ ki, tam həll edilməyib”

8 İyun 2012, 09:58

“Xəzərin huquqi statusu hələlik tam həll edilməyib. Xəzəryanı ölkələr qədər heç bir dövlət bu problemin həll olunmasında maraqlı ola bilməz”. Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran prezidenti Mühmud Əhmədinejadla görüşü zamanı bildirib.

Putin bildirib ki, İran prezidenti ilə görüşü zamanı Xəzəryanı ölkələrinin növbəti sammitinə hazırlıq məsələsini müzakirə edib. İranı “ənənəvi tərəfdaş” adlandıran Putin bu ölkəni  Xəzər əməkdaşlığı sahəsində yaxın müttəfiq olduğunu vurğulayıb.

“Rusiya ilə İranı qarşılıqlı əməkdaşlığın çoxəsrlik ənənələri birləşdirir. Biz İranın və onun xalqının bu günkü gününə və tarixinə böyük hörmətlə yanaşırıq”-deyə Rusiya prezidenti  vurğulayıb.

Moskvanın “İranın nüvə dosyesi” adını almış problemlə bağlı Tehranla daim əlaqə saxladığını deyən Rusiya prezidenti qeyd edib ki, Kreml İran xalqının müasir texnologiyalardan istifadə hüququnu həmişə dəstəkləyib. “Bura həmçinin dinc məqsəd üçün nəzərdə tutlmuş atom enerjisi aiddir. “Biz İran rəhbərliyinin mövqeyi ilə tanışıq. İran nüvə silahı yaratamaq üzərində çalışmır. Biz də bu mövqedən çıxış edirik”-deyə Putin vurğulayıb.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir