Modern.az

Türkiyədə son sutkada daha 19 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha 19 nəfər koronavirusdan öldü

Dünya

5 Avqust 2020, 22:30

Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 784 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 53 842 nəfərdən 1 178-nin cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 236 112  nəfərə çatıb. Müalicə olunan  1 015 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  219 506 nəfər koronavirusdan müalicə olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir