Modern.az

Dünyanın koronavirus STATİSTİKASI: 19 milyon yoluxma, hər 15 saniyədə 1 ölüm

Dünyanın koronavirus STATİSTİKASI: 19 milyon yoluxma, hər 15 saniyədə 1 ölüm

6 Avqust 2020, 11:07

Dünyada koronavirusla bağlı statistika ağır olmaqda davam edir.

 

Modern.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, 6 avqust səhəri üçün dünyada 18 milyon 983 min 280 yoluxma, 711 min 313 ölüm və 12 milyon 173 min 393 sağalma faktı qeydə alınıb.

Dünyada hər 15 saniyədə 1 ölüm faktı qeydə alınır. Yeni yoluxma mərkəzi Cənubi Afrika Respublikasıdır. Həmin ölkədə 520 mindən çox yoluxma qeydə alınıb ki, bu da Afrikada ümumi yoluxma hallarının yarısından çoxunu təşkil edir.

Digər tərəfdən, Cənubi Amerika yoluxma hallarının çoxluğuna görə, ilk dəfə Avropanı keçib.  

 

Hazırda dünyada ən çox COVID-19-a yoluxma halları aşağıdakı ölkələrdədir:

1. ABŞ – 4.973.741 yoluxma            161.607 ölüm                2.540.880 sağalma

2. Braziliya – 2.862.761 yoluxma     97.418 ölüm                2.020.637 sağalma

3. Hindistan – 1.964.536 yoluxma    40.739 ölüm               1.328.336 sağalma

4. Rusiya – 866.627 yoluxma             14.490 ölüm               669.026 sağalma

5. CAR - 529.877 yoluxma,                 9.298 ölüm,                377.266 sağalma

6. Meksika - 456.100 yoluxma            49.698 ölüm              304.708 sağalma

7. Peru – 447,624 yoluxma                  20.228 ölüm              306.430 sağalma          

8. Çili – 364.723 yoluxma                    9.792 ölüm                 338.291 sağalma

9. İspaniya – 352.847 yoluxma            28.499 ölüm               323.466 sağalma

10. Kolumbiya – 345.714 yoluxma      11.624 ölüm               186.317 sağalma

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu