Modern.az

Ermənistan Azərbaycanı susuz qoymaq istəyir: Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBAT

Ermənistan Azərbaycanı susuz qoymaq istəyir: Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBAT

Qarabağ

6 Avqust 2020, 12:15

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında yaradılmış separatçı rejim növbəti ekoloji terror planlaşdırır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin rəhbəri Araik Arutunyan işğal altındakı rayonların "rəhbərləri" ilə birlikdə Sərsəng su anbarı ilə bağlı müşavirə keçirib.

 

Arutunyan işğal altındakı torpaqlarda əkin sahələrinin genişləndirilməsi və suvarılmasını təmin etmək üçün su anbarınının suyunun istiqamətinin dəyişdiriləcəyini elan edib.

Onun fikrincə, layihə icra olunsa, bu Qarabağ üçün “əsrin proyekti” sayılacaq. O, layihənin icrası üçün on milyonlarla dollar vəsaitə ehtiyac olduğunu söyləyib.

 

Xatırladaq ki, 1976-cı ildə Tərtər çayının üzərində inşa olunmuş Sərsəng su anbarı keçmiş Ağdərə rayonunu ərazisində yerləşir. Su anbarı Azərbaycanın 6 rayonunu (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Anbarda suyun başqa məcraya yönəldilməsi Azərbaycan üçün ciddi ekoloji təhlükə yarada bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi