Modern.az

Nazir müavini uşaqpulu və əlilliyin verilmə məsələsindən DANIŞDI

Nazir müavini uşaqpulu və əlilliyin verilmə məsələsindən DANIŞDI

6 Avqust 2020, 13:12

“Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi”.

Modern.az-ın xəbərinə görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir:

"Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

Anar Əliyev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb.

Onun sözlərinə görə, hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır: "Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir