Modern.az

Leyla Əliyevanın təşəbbüsü ilə açılan pulsuz çimərlikdən FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə açılan pulsuz çimərlikdən FOTOLAR

Mədəni̇yyət

6 Avqust 2020, 13:32

Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən  karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.


Modern.az-ın məlumatına görə, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin dənizkənarı ərazilərində 6 yerdə - “Şıx” çimərlik ərazisində, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində hər cür şəraiti olan pulsuz ictimai çimərliklər yaradılıb.
 

Bu gün “İrəli İctimai Birliyinin təşəbbüsü ilə jurnalistlərin Novxanı çimərliyinə səfəri təşkil olunub.

Əməkdaşımızın çimərlikdə apardığı müşahidələr göstərir ki, orada karantin şəraiti nəzərə alınaraq maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı  vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə xəbərdarlıq ediləcək.  


Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri həll edilib. Kommunal xidmətlərin işçiləri xüsusi reimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər.  Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.


Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşları xəstəliyə yoluxmaqdan qorumaqdır. Lakin ən əsas məsələ vətəndaşların özlərinin üzərinə düşür. Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər.


Modern.az Novxanı çimərliyindən fotoları təqdim edir:

Fotolar İsmət Paşanındır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır